Dövlət Təhlükəsizlyi Nazirliyi və Daxili İşlər Nazirliyi əməkdaşları şimal bölgəsində xüsusi əməliyyat keçiriblər. Bu barədə DİN-dən məlumat verilib.
“DTX-nin Qəbələ rayon şöbəsi və Qəbələ rayon Polis Şöbəsi əməkdaşları rayonun Bum qəsəbə sakinləri - Gülçöhrə Əliyeva, Mahir Musayev və Əfqan Aslanovun yaşadıqları evlərdə axtarış aparıb. Axtarış zamanı çoxsaylı dini təyinatlı kitab, cd və dvd, yaddaş kartı, jurnal, qeydiyyat dəftəri, bir ədəd kustar üsulla hazırlanmış tüfəng, 12 ədəd patron və bir ədəd bıçaq aşkar edilərək götürülüb”, - deyə məlumatda deyilir. **
F.İsazadə