Hazırda Moskvaətrafı “Jukovski” hava limanından Azərbaycana Rusiya aviaşirkətlərinin uçuşlarının təşkili ilə problemlər yoxdur. Bu barədə Rusiya Nəqliyyat Nazirliyindən məlumat verilib.
“Mən bildiyim qədər, Azərbaycana dair bütün məsələlər öz həllini tapıb”, - deyə
Rusiyanın nəqliyyat naziriMaksimSokolovbu gün jurnalistlərə bildirib.
Xəbər verildiyi kimi, 14 mart 2017-ci il tarixindən etibarən “Pegas Fly” aviaşirkəti Moskvaətrafı “Jukovski” hava limanından Moskva-Bakı reysi ilə uçuşlara başlayacaq.
Uçuşlar bazar ertəsi, çərşənbə axşamları, cümə və şənbə günləri həyata keçiriləcək. Reyslər martın 14-dən 25-dək plnalaşdırılıb. **