Dövlət Statistika Komitəsi (DSK) "Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi” MMC-ni statistika sahəsində elmi-tədqiqat işlərinin aparılmasına cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
"DSK yanvarın 31-də MMC ilə elmi-tədqiqat işlərinin aparılması haqqında müqavilə bağlayıb", - deyə məlumatda bildirilir.
Müqavilənin dəyəri 379 min 999.87 manatdır.*
A.Əzizov