31 dekabr 2016-cı il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 31 mlrd. 439,5 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Xəbər verildiyi kimi, 1 yanvar 2016-cı il tarixinə bankların aktivləri 34 mlrd. 906 mln. manat olub. Beləliklə, 2016-cı il ərzində bankların aktivləri 10% azalıb.
1 yanvar 2017-ci il tarixinə Azərbaycanda 32 bank fəaliyyət lisenziyasına malikdir, 31 dekabr 2015-ci il tarixinə onların sayı 43 olub.
31 dekabr 2016-cı il tarixinə Azərbaycanda bankların ümumi kapitallaşması 1 mlrd. 908,8 mln. manat (ötən il azalma 47,3% - İF) təşkil edir.
2017-ci ilin əvvəlinə bankların öhdəlikləri 29 mlrd. 530,7 mln. manat, AMB qarşısında öhdəlikləri 1 mlrd. 695,5 mln. manat təşkil edir.
Məlumatda qeyd olunur ki, hazırda ölkədə xarici kapitala malik 15 bank fəaliyyət göstərir.
1 yanvar 2017-ci il tarixinə bankların 569 filialı və 131 şöbəsi var.
“Azərbaycanın bank sektorunda 16,947 min nəfər çalışır”, - deyə məlumatda bildirilir.*
A.Əzizov