2016-cı ildə Azərbaycanın bank sektorunun xalis zərəri 1 mlrd. 667,6 mln. manat təşkil edib. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.
Xəbər verildiyi kimi, 2015-ci ilin yekunları üzrə Azərbaycanda ümumiyyətlə bankların xalis zərəri 345 mln. manat təşkil edib. Beləliklə, 2016-cı ildə ölkədə bankların xalis zərəri 5 dəfə artıb.
2016-cı ildə bankların faiz gəlirləri 1 mlrd. 994 mln. manat, həmçinin verilən kreditlər üzrə - 1 mlrd. 702,1 mln. manat təşkil edib.
Hesabat ilində bankların faiz xərcləri 1 mlrd. 79,7 mln. manat, o cümlədən. depozitlər üzrə - 461,8 mln. manat olub. Bankların qeyri-faiz xərcləri 998,7 mln. manat təşkil edib.
Bütövlükdə, 2016-cı ildə bankların xalis əməliyyat zərəri 422,6 mln. manat olub. Bundan başqa, ötən il 1 mlrd. 212 mln. manat məbləği banklar aktivlər üzrə mümkün itkilərin ödənilməsi məqsədilə ehtiyatların formalaşmasına yönəldiblər, bu da bankların zərərinin artımına səbəb olub. **
A.Əzizov