Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun nümayəndə heyəti fevralın 19-da Azərbaycana gələcək. Bu barədə Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko məlumat verib.
"Ukraynalı deputatların fevralın 19-da Azərbaycana səfərində əsas məqsəd parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsidir", - deyə A.Mişenko bu gün Bakı və Kiyev arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, Ukrayna Ali Radasının üzvləri Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşməyi planlaşdırırlar.*
F.İsazadə