Azərbaycanın hüquq-mühafizə orqanları cari məzənnə ilə $202,5 məbləğində pul vəsaitini mənimsəməkdə şübhəli bilinən Bakı sakinini saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
“Dələduzluq etməkdə şübhəli Bakı şəhər sakini İradə Cəfərovanın ətrafında Xətai RPİ əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun 2014-cü ilin avqust ayından 2016-cı ilin fevral ayınadək olan müddətdə paytaxt sakinləri olan 6 nəfəri aldadaraq ümumilikdə onlardan 387 min manat pul alması da müəyyən edilib”, - deyə məlumatda deyilir.
Hazırda faktla bağlı araşdırma aparılır. **
A.Əzizov