Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün keçirilən növbəti depozit hərracında 142 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank fevralın 6-da növbəti depozit hərracı keçirib. Hərracda təklif 150 mln. manat təşkil etsə də, AMB 142 mln. manat cəlb edib. Orta ölçülmüş faiz dərəcəsi 14,81% təşkil edib”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, AMB 2016-cı ilin iyun ayında depozit hərraclarının keçirilməsinə başlayıb.**
A.Əzizov