İstirahət günlərində Azərbaycan ərazisində baş vermiş 12 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, 22 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şənbə və bazar günlərində 154 cinayət faktı qeydə alınıb, onların 45-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 69 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.**
A.Əzizov