Iqtisadiyyat Nazirliyi Azərbaycanda 2021-ci ilə qədər dövr üçün sahibkarlığın inkişafı Dövlət Proqramı layihəsini hazırlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Nazirlik 2017-20-ci illəri əhatə edən Azərbaycanda sahibkarlığın inkişafı Dövlət Proqramı layihəsi hazırlayıb. Hazırda sənəd Prezident Administrasiyasında ekspertizadadır”, - deyə hökumətdən qeyd ediblər.
Məlumata görə, Proqramda ölkədə sahibkarlığın inkişafı, biznes mühitin yaxşılaşmasına yönələn tədbirlər və s. addımlar nəzərdə tutulur. **
A.Əzizov