Prezident İlham Əliyev Belçika şirkətlərini Azərbaycanın iqtisadiyyatına fəal sərmayə yatırmağa dəvət edib.
İ.Əliyev bu gün Brüsseldə Belçika kralı Filip ilə görüş zamanı bu təklifi irəli sürüb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev bu səfərinin Azərbaycan-Belçika ikitərəfli münasibətlərinin genişlənməsinə xidmət edəcəyinə əminliyini bildirdi.
Azərbaycan prezidenti və Belçika kralı Avropanın enerji təhlükəsizliyinin təmin olunması, həmçinin regional, iqtisadi və digər məsələlər ətrafında fikir mübadiləsi apardılar. **
A.Əzizov