Ruslan Əliyev Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi təyin edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Azərbaycan Rusiya ilə iqtisadi əlaqələrin inkişafında maraqlıdır. Prezidentin xaricdə Azərbaycanın ticarət nümayəndələrinin yaradılması haqqında fərmanı çərçivəsində ilk nümayəndəlik Rusiyada yaradılacaq. Ruslan Əliyev bu ölkədəki ticarət nümayəndəsi təyin edilib”, - deyə məlumatda bildirilir.
Azərbaycan, həmçinin Rusiyada Ticarət evi də açmağı planlaşdırır.
Rusiya qeyri-neft sektorunda Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.
Nazirliyin qiymətləndirmələrinə görə, RF-də ticarət nümayəndəliyinin yaradılması Azərbaycandan qeyri-neft məhsullarının ixracına, Rusiya şirkətlərinin respublikada fəaliyyətə cəlb olunmasına müsbət təsir göstərəcək.*
A.Əzizov