"Moody`s Investors Service" beynəlxalq reytinq agentliyi "B3" səviyyəsində olan uzunmüddətli yerli və xarici valyuta depozitləri üzrə reytinq və "Not-Prime" səviyyəsində olan qısamüddətli yerli və xarici valyuta üzrə reytinq də daxil olmaqla "Unibank" ASC-nin reytinqini geri çağırıb. Bu barədə agentlikdən məlumat verilib.
Agentlik bankın kreditin baza qiymətləndirilməsi reytinqini "b3" səviyyəsində, kontragentin risk qiymətləndirməsini isə “B2/Not-Prime” səviyyəsində təyin edərək geri çağırıb.
Reytinqin geri çağırılmasından əvvəl isə bankın uzunmüddətli depozit reytinqi üzrə proqnoz neqativ olub.
Agentliyin hesab edir ki, reytinqin qorunub saxlanılması üçün bank agentliyə kifayət qədər məlumat vermir və verilən məlumatlar da həqiqəti əks etdirmir.
1 oktyabr 2016-cı il tarixinə “Unibank”ın aktivləri 727,6 mln. manat təşkil edib.
“Unibank” ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. **
A.Axundov