Vadim Klimenko “VTB Bank (Azerbaijan)” ASC-nin İdarə Heyətinin üzvü seçilib. Bu barədə bankın məlumatında deyilir.
“Yeni təyinata qədər V.Klimenko bankın Risklər və monitorinq Departamentinin direktoru vəzifəsində çalışıb. O, yeni vəzifədə risklərin idarə olunmasına və problemli kreditlərə cavabdeh olacaq”, - deyə məlumatda bildirilir.
Azərbaycan Mərkəzi Bankı 2008-ci ilin noyabr ayında Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təqdir edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.*
A.Axundov