Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Çingiz Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin (ölümündən sonra)”, - deyə sərəncamda bildirilir.*
R.Babayev