İqtisadiyyat Nazirliyi "BM Morrison Partners" şirkətini ərzaq mallarının təhlükəsizliyi sahəsində qanunvericiliyin Avropa İttifaqı standartlarına uyğunlaşdırılması üzrə məsləhətçi seçib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
"Təkliflər qiymətləndirildikdən sonra “BM Morrison Partners” şirkəti ərzaq mallarının təhlükəsizliyi sahəsində qanunvericiliyin Avropa İttifaqı standartlarına uyğunlaşdırılması üzrə məsləhətçinin seçilməsi ilə bağlı tenderin qalibi elan edilib”, - deyə məlumatda bildirilir.
Fevralın 2-də İqtisadiyyat Nazirliyi və “ВМ Morrison Partners” şirkəti arasında müvafiq müqavilə bağlanıb.
Fəaliyyətə 1989-cu ildə başlayan “ВМ Morrison Partners” Azərbaycanda əsası qoyulmuş ilk özəl hüquq firmasıdır.*
A.Əzizov