Müdafiə Nazirliyi hesab edir ki, erməni silahlı birləşmələri mövqelərimizi iriçaplı silahlardan atəşə tutmaqla Dağlıq Qarabağda həyata keçirməyə cəhd etdiyi diversiyadan diqqəti yayındırmaq istəyir. Bu barədə nazirliyin məlumatında deyilir.
Lakin bölmələrimizin sayıqlığı nəticəsində düşmənin aktivliyi əvvəlcədən aşkar olunub. Görülən tədbirlər nəticəsində itki verən düşmən geri çəkilməyə məcbur edilib.
"Dərhal görülən təxirəsalınmaz cavab tədbirləri nəticəsində atəşlə düşmənin müxtəlif mühəndis qurğuları və atəş nöqtələri məhv edilib”, - deyə məlumatda qeyd edilir.
Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti heç bir itki verməyib və hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət olunur.*
F.İsazadə