Bakı və Havana iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın bərpasını zəruri hesab edir.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, naziri Əbülfəz Qarayevin Kuba Respublikasının Azərbaycandakı səfiri Alfredo Fidel Nieves Portuondo ilə görüşü zamanı bu barədə bəyan edilib.
“Azərbaycanla Kuba arasında Hökumətlərarası Komissiyanın bərpasının və iki ölkə arasında siyasi, iqtisadi, mədəniyyət, turizm və digər sahələr üzrə əməkdaşlığın həmin komissiya çərçivəsində əlaqələndirilməsinin vacibliyi vurğulanıb”, - deyə məlumatda deyilir.
Bundan başqa, görüşdə Kuba və Azərbaycan arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.
Ə.Qarayev Azərbaycan tərəfinin mədəniyyət və turizm sahələrində Kuba ilə əməkdaşlığın inkişafında maraqlı olduğu bildirib. **
F.İsazadə