İqtisadiyyat Nazirliyi fevralın 25-26-da Qətər Əmirliyinə ixrac missiyası təşkil edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“Azərbaycanın ixrac missiyasının ilkin tarixi 11-14 fevral tarixlərində müəyyən edilmişdi, lakin sonradan 25-28 fevral tarixlərinə keçirilib”, - deyə məlumatda deyilir.
İxrac missiyalarını əhatə edən sektorlar - süd və süd, ət və ət məhsulları, meyvə-tərəvəz, təbii mineral sular, meyvə şirələri, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, çay istehsalı, kosmetologiya, kimya məhsulları və digər sənaye məhsullarıdır.
Xəbər verildiyi kimi, 2016-cı ilin noyabr ayında Azərbaycan ixrac həcminin artırılması məqsədilə müxtəlif ölkələrə ixrac missiyaları təşkil edib. Xüsusilə, Çin və Birləşmiş Ərəb Əmirliklərinə iki missiya artıq təşkil olunub. **
N.Abbasova