Bloger Aleksandr Lapşinin ekstradisiyası Azərbaycanın milli maraqlarını qorumaq üçün atdığı addımların nəticəsidir. Bunu jurnalistlərə baş nazirin müavini Əli Əhmədov deyib.
«A.Lapşinin ekstradisiyası Azərbaycanın öz milli maraqlarını qorumaq üçün ciddi addımlar atdığını sübut edir», - deyə o, bildirib.
Ə.Əhmədovun sözlərinə görə, Azərbaycan dövlət müstəqilliyinə, dövlət maraqlarına qarşı çıxan, bununla da milli qanunvericilyini, beynəlxalq hüquq normalarını pozan insanlara qarşı həmişə birmənalı mövqeyini ortaya qoyub.
"Bu mövqe nəticəsində cinayət törətmiş hər bir şəxsin qanun qarşısında cavab verməsinə nail ola biləcəyik", - deyə baş nazirin müavini vurğulayıb.*
R.Babayev