Ötən gün Azərbaycan ərazisində baş vermiş 4 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həlak olub, 6 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 78 cinayət faktı qeydə alınıb, onların 26-ı “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 55 nəfər tutulub.
Bundan başqa, axtarışda olan 48 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.**
F.İsazadə