Prezident İlham Əliyev fevralın 8-də Əl-Cəzirə televiziyasının müxbiri Omar Kaşrama müsahibə verib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Müsahibədə prezident Azərbaycanın müstəqilliyini bərpa edəndən sonra ötən 25 il ərzində qazandığı uğurlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu qlobal enerji və nəqliyyat layihələri, Azərbaycanın İslam həmrəyliyi işinə verdiyi töhfə və digər məsələlərlə bağlı sualları cavablandırıb.*
A.Əzizov