2016-cı ildə özəl sektor Azərbaycanda mənzil tikintisinə 636 mln. manat investisiya qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
«2016-cı ildə ölkədə mənzil tikintisinə ümumi investisiya qoyuluşları 683,5 mln. manat təşkil edib, bunun 47,5 mln. manatı dövlət investisiyalarının, 636 mln. manatı özəl sektor tərəfindən investisiyaların payına düşüb», - deyə məlumatda bildirilir.
Vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması üçün ötən il onların şəxsi vəsaitləri hesabına 11,2 min yaşayış evi inşa edilib. Bu evlər əsasən Bakı, Naxçıvan və Lənkəranda, eləcə də Abşeron, Şəmkir, Tovuz, Kürdəmir, Cəlilabad və Qəbələ rayonlarında tikilib.*
N.Abbasova