Azərbaycan prezidenti İlham Əliyev bu gün Fransanın Baş naziri yanında Dövlət islahatları və asanlaşdırma məsələləri üzrə dövlət katibi Jean-Vincen Plaseni qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Jean-Vincen Plase Fransa hökumətinin üzvü və Ekologist Partiyasının sədridir.
“Görüşdə “ASAN xidmət”in uğurlu fəaliyyətindən və bu sahədə əməkdaşlıq imkanlarından danışıldı. Həmçinin, Azərbaycan ilə birlikdə Fransanın bu xidmətin Afrika ölkələrində tətbiqi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı”, - deyə məlumatda deyilir.
O cümlədən, görüşdə Fransanın bir neçə departamentində artıq “ASAN xidmət”in səyyar avtobuslarının tətbiq olunduğu vurğulandı.
Jean-Vincent Plase Azərbaycanda ətraf mühitin mühafizəsi ilə bağlı görülən işlərlə də yaxından tanış olmaq arzusunu bildirdi.
O qeyd edib ki, Bakıya səfəri çərçivəsində Fransız liseyi, Fransa-Azərbaycan Universiteti və “Ağ şəhər”lə tanış olacaq. **
F.İsazadə