Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze fevralın 12-13-də Azərbaycana rəsmi səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Gürcüstanın Bakıdakı səfirliyindən məlumat verilib.
“Fevralın 12-də M.Canelidze Bakıya ikigünlük səfərə gələcək”, - deyə məlumatda deyilir.
Səfər çərçivəsində XİN başçısı azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərıər görüşlər keçirəcək.
“Görüşlər zamanı ikitərəfli əlaqələrin inkişafı perspektivləri, regional proseslər müzakirə olunacaq”, - deyə səfirlikdən bildiriblər. **
F.İsazadə