Azərbaycan Mərakeş Krallığına energetika sahəsində qarşılıqlı Anlaşma Memorandumu imzalamağı təklif edir.
Energetika naziri Natiq Əliyev və Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş energetika sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Bu barədə nazirlikdən məlumat verilir.
N.Əliyev Azərbaycanın enerji ölkəsi kimi tanındığını qeyd edən nazir neft-qaz sahəsində əldə edilmiş nailiyyətlər, həyata keçirilən qlobal layihələr, neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsində qazanılmış yüksək təcrübədən bəhs edib. O, ölkəmizin Mərakeşin enerji sektorunda iştirak edərək bu təcrübəni bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.
Naszir ötən ilin noyabrında Qərbi Afrika ölkələrinin yanacaq-enerji kompleksləri arasında birbaşa əlaqələrin qurulması və qarşılıqlı iqtisadi əməkdaşlığın təmin edilməsi məqsədilə Burkino Faso və Beninə səfər çərçivəsində SOCAR-la (ARDNŞ) əməkdaşlıq əlaqələrinin qurulmasını xatırladıb.
“Mərakeşlə də oxşar əməkdaşlıq münasibətlərinin formalaşdırılması üçün birgə tədbirlərin keçirilməsi və enerji sahəsində Anlaşma Memorandumu kimi sənədlərin hazırlanması və qəbulu vacibdir”, - deyə nazir qeyd edib.
Səfir isə bildirib ki, Azərbaycanla enerji əməkdaşlığının inkişafına nail olmaq əsas hədəflərdəndir. Diplomat SOCAR-la əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib. **
N.Abbasova