Rusiya Federasiyası Xəzər Dəniz Flotiliyasının komandanı, kontr-admiral Sergey Pinçuk Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti ilə işçi görüşü keçirib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatnda deyilir.
“Xəzər dəniz donanmasının Mahaçqala şəhərindəki bazalanma məntəqəsində keçirilən görüşdə “Dəniz kuboku-2017” yarışlarında suüstü gəmilərin heyətləri arasında dəniz müsabiqəsinin təşkili və keçirilməsi məsələləri müzakirə olunub”, - deyə məlumatda bildirilir.
Azərbaycan nümayəndə heyəti “Kaspi” təlim-məşq kompleksi, “Xəzər kuboku-2015” və “Dəniz kuboku-2016” yarışları mərhələlərinin keçirildiyi “Skorpion” dəniz piyadaları bölmələrinin təlim sahəsinin komanda məntəqəsi ilə tanış olub.*
F.İsazadə