Fevralın 9-da keçirilən valyuta hərracında manatın orta çəkili məzənnəsi 1,7301 AZN/$1 təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
“Bu gün AMB Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib. Hərracda manatın orta çəkili məzənnəsi 1,7301 səviyyəsində formalaşıb”, - deyə məlumatda bildirilir.
2017-ci il yanvarın 12-dən AMB yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir və sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilir.**
A.Əzizov