1 fevral 2017-ci il tarixinə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin (İB) abonentlərinin sayı 2 mln. 14,551 min təşkil edir. Bu barədə İB-dən məlumat verilib.
“Cari ilin yanvar ayında İB-də əhali sektoru üzrə 9,593 min yeni abonent qeydiyyata alınıb ki, bunun da 5,732 mini Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 3,861 ini isə regionların payına düşüb”, - deyə məlumatda deyilir.
Bundan əlavə, 409 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.**
N.Abbasova