“Cənub Qaz Dəhlizi”(TANAP) layihəsi ilə bağlı işlər qrafikə uyğun həyata keçirilir. Bunu prezident İlham Əliyev deyib.
Dövlət başçısı fevralın 9-da Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Mülleri qəbul edib.
““Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı işlər qrafikə uyğun həyata keçirilir və vaxtında tamamlanacaq”, - deyə o bildirib.
O, eyni zamanda, Dünya Bankının uğurla icra olunan qlobal əhəmiyyətli “Cənub Qaz Dəhlizi” layihəsinə verdiyi maliyyə dəstəyini yüksək qiymətləndirib.
İ.Əliyev Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın yaxşı tarixi olduğunu məmnunluqla qeyd edərək, ölkəmizdə Dünya Bankının dəstəyi ilə çoxsaylı əhəmiyyətli layihələrin həyata keçirildiyini deyib və bu layihələrin infrastrukturun müasirləşdirilməsi baxımından önəmini vurğulayıb.
S.Müller prezident İ.Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan iqtisadi islahatları yüksək qiymətləndirib.
Söhbət zamanı iqtisadiyyatın şaxələndirilməsi, aqrar sektorda ixrac potensialının artırılması, təhsil sistemində islahatlar və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*
F.İsazadə