Azərbaycanın birinci vitse-spikeri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov hesab edir ki, bloger Aleksandr Lapşinin Minskdən Bakıya ekstradisiyası beynəlxalq normalara uyğun olaraq həyata keçirilib.
"Bir neçə ölkənin vətəndaşı olan A.Lapşin Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edib və eyni zamanda, qondarma Dağlıq Qarabağ rejiminin təbliğatına yönələn bəyanatlar verib. Azərbaycan beynəlxalq hüquq əsasında blogerin saxlanılmasını tələb edib", - deyə o, bu gün komitənin iclasında bildirib.
Komitə sədrinin sözlərinə görə, Belarus A.Lapşini Azərbaycana beynəlxalq sənədlərə uyğun olaraq təhvil verib. "Lapşinlə bağlı olan bütün proseslər beynəlxalq hüquqa əsaslanıb", - deyə o əlavə edib.*
A.Əzizov