Bakı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Parisdən daha fəal addımlar gözləyir. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
E.Məmmədyarov bu gün Fransanın baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə dövlət katibi Jean-Vincent Plase ilə görüşüb.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyətə dair həmsöhbətinə məlumat verdi. O, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi münaqişənin həllində öz səylərini artırmasının vacibliyini vurğuladı.
“E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyətə dair həmsöhbətinə məlumat verdi. O, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi münaqişənin həllində öz səylərini artırmasının vacibliyini vurğuladı”, - deyə nazirliyin məlumatında deyilir.
Görüş zamanı Azərbaycan-Fransa münasibətlərinin hazırkı səviyyəsi və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparıldı.
Tətrəflər iki ölkə arasında bütün sahələrdə, xüsusilə iqtisadiyyat, enerji, mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdiyini vurğuladılar. Fransa şirkətlərinin, xüsusilə “Total” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti qeyd edildi. **
F.İsazadə