Azərbycanın müdafiə naziri Zakir Həsənov İrana səfər edəcək. Bu barədə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə İslam İnqilabının 38-ci ildönümünə həsr olunmuş mətbuat konfransında məlumat verib.
"Bu yaxınlarda mən Azərbycanın müdafiə naziri Zakir Həsənovla görüşdüm və nazirimiz adından onu İrana səfərə dəvət etdim. Z.Həsənov dəvəti qəbul etdi. Zənnimcə, səfər bu ilin may ayında İranda prezident seçkilərindən sonra baş tutacaq", - deyə o qeyd edib.
Səfirin sözlərinə görə, Azərbaycan və İran müdafiə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. "Biz bu əlaqələrin inkişafı üçün səy göstərməliyik. Bakıda silah sərgisində (2016-cı ilin sentyabrında) də İrandan Azərbaycana nümayəndə heyəti gəldi. Müdafiə sahəsində əməkdaşlıqla bağlı danışqılar aparıldı", - deyə C.Cahangirzadə vurğulayıb.*
F.İsazadə