Gələn həftə İranın Mərkəzi Bankının rəhbəri Valiollah Seif Azərbaycana səfər edəcək. Bu barədə İranın Bakıdakı səfiri Cavad Cahangirzadə məlumat verib.
12-13 fevral tarixlərində V.Seif Azərbaycana səfərə gələcək. Səfər çərçivəsində bank sahəsində əməkdaşlıq, Bakı və Tehran arasında maliyyə əməliyyatlarının sadələşdirilməsi məsələləri müzakirə olunacaq”, - deyə səfir İslam İnqilabının 38-ci ildönümü münasibətilə mətbuat konfransında bildirib.
Bundan başqa, 16-17 fevral tarixlərinə İranın ədliyyə naziri MustafaPurməhəmmədi Azərbaycana rəsmi səfərə gələcək.
“Səfər zamanı ədliyyə sahəsində əməkdaşlıq, məhbusların mübadilıəsi və s. məsələlər müzakirə ediləcək”, - deyə diplomat qeyd edib. **
F.İsazadə