İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə gələn həftə Cocuq Mərcanlıya gedəcək.
“Gələn həftə xarici ölkələrin Azərbaycandakı səfirləri, diplomatik korpusun nümayəndələriCocuq Mərcanlıya gedəcəklər. Mən də onların arasında olacağam”, - deyə o, bu gün İslam İnqilabının 38-ci ildönümünə həsr olunmuş mətbuat konfransında deyib.
“SəfəriXarici İşlər Nazirliyi təşkil edib. Səfərin məqsədi Cocuq Mərcanlıda aparılan abadlıq işləri və planlarla tanış olmaqdır”, - deyə o bildirib.*
F.İsazadə