2016-cı ildə Azərbaycanın qeyri-neft məhsullarının ixrac həcmi 2015-ci ilin göstəricisi ilə müqayisədə 16,4% - $1 mlrd. 237,1 mln.-dək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
"2016-cı ildə Azərbaycanın xarici ticarət dövriyyəsi $21 mlrd. 650,8 mln., ixrac $13 mlrd. 118,4 mln. təşkil edib. Qeyri-neft məhsullarının ixrac payı $1 mlrd. 237,1 mln. məbləğində olub. Azalma 16,4%, xüsusi çəki ixracın ümumi həcminin 9,4%-ni təşkil edib", - deyə məlumatda bildirilir.
Ötən ilin yekunları üzrə xarici ticarətdə müsbət saldo $4 mlrd. 586 mln.-a bərabər olub.*
A.Əzizov