2016-cı ildə Bakı və İslamabad qarşılıqlı ticarət dpvriyyəsinin 3 fədə artımına nail olub. Bu barədə Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bəyan edib.
“Ötən il Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi 3 dəfə artıb. Buna baxmayaraq, bu həcmin artımı üçün yaxşı potensialımız var”, - deyə Ə.Əlizadə İslamabad Ticarət-Sənaye Palatasında Azərbaycandan biznes nümayəndə heyəti ilə görüşdə bildirib. Bu barədə Pakistan mətbuatı yazır.
Diplomat qeyd edib ki, Azərbaycan xarici şirkətlərə mühüm vergi güzəştləri təklif edir. Bura sənaye və texnoloji parkların ərazilərində layihələrə sərmatyələrin yatırılması zamanı 7 illik vergi tətilləri daxildir.
9-11 fevral tarixlərində Azərbaycanın ixrac missiyası Pakistana səfər edir. **
F.İsazadə