Prezident İlham Əliyev fevralın 10-da Bakıdakı 1 saylı poçt filialında aparılmış yenidənqurma işlərindən sonra yeni xidmət mərkəzinin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə qeyd edib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər poçt və telekommunikasiya binalarında yaradılan yeni xidmət mərkəzlərində təqdim ediləcək. “Şəbəkə” adlanan ilk xidmət mərkəzi paytaxtın Üzeyir Hacıbəyli küçəsindəki 1 saylı poçt filialında istifadəyə verilib.*
F.İsazadə