Azərbaycan hərbi prokuroru Xanlar Vəliyev Xocalı soyqırımının törədilməsində məsuliyyətli şəxsləri cinayət məsuliyyətinə cəlb olunmaq məsələsində İnterpol və digər beynəlxalq təşkilatları ikili standartların tətbiqində ittiham edib.
“Xocalı soyqırımı ilə bağlı 297 nəfər axtarışa verilib, onların barəsində həbs qərarı çıxarılıb. Bu günə qədər onların heç biri tutulmayıb”, - deyə X.Vəliyev bu gün Milli Məclisdə keçirilən“Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin təqdimat mərasimində deyib.
Hərbi prokurorun sözlərinə görə, dünyada müsəlman və xristianlara fərqli yanaşma var. “Əfsuslar olsun ki, Beynəlxalq İnterpol və digər beynəlxalq təşkilatlar eyni mövqedən çıxış edirlər”, - deyə o əlavə edib.
Qanun layihəsi 19 maddədən ibarətdir. **
R.Babayev