Bloger Aleksandr Lapşinin Bakıya ekstradisiyası qanunun tələblərinə uyğun həyata keçirilib. Bu barədə Azərbaycan Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov bəyan edib.
“Bir neçə ölkənin vətəndaşlığına malik olan Lapşinin ekstradisiyasıı tam qanunidir”, - deyə Ç.Əsgərov bu gün Milli Məclisdə keçirilən “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, bu presedent müsbət nəticələrə gətirəcək. “Bu addım böyük önəm daşıyır. Bundan sonra işğal olunan əraqzilərə qanunsuz səfər edən əcnəbilər və bununla Azərbaycanın ərazi bütövlüyünü pozan şəxslər bu cür qanuna zidd hərəkətlərə görə məsuliyyət daşıyacaqlar”, - deyə Ç.Əsgərov vurğulayıb.
O qeyd edib ki, Azərbaycan hökuməti bu istiqamətdə fəaliyyətini davam etdirəcək. **
R.Babayev