Avropa İnsan Haqları Məhkəməsi aprel döyüşlərində 6 nəfər dinc sakinin həlak olması ilə bağlı Azərbaycanın müraciətlərinə baxılmasını ləngidir. Bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov bildirib.
“Avropa İnsan Haqları Məhkəməsi 2016-cı ilin aprelində gedən döyüşlərdə 6 nəfər dinc sakinin həlak olması və 20 dən çox dinc sakinin yaralanması ilə bağlı ərizələr üzrə Azərbaycanın müraciətlərinə baxılmasını ləngidir”, - deyə o bildirib.
Sektor müdiri Avropa Məhkəməsini Azərbaycana qarşı ikili standartlar tətbiq etməkdə ittihm edib.
"Erməni tərəfi İnternetdə fotoşəkillər yayaraq azərbaycanlıları üç erməninin qətlində ittiham edib. Avropa Məhkəməsində bu şikayət üzrə kommunikasiya başladı. Bu hadisələrə görə bizim bəyanatlarımıza isə hələ baxılmayıb. Azərbaycan tərəfinin şikayətləri ilə bağlı ikili standartların tətbiqi göz önündədir", - deyə Ç.Əsgərov vurğulayıb.
Oun sözlərinə görə, Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 2016-cı ilin aprel döyüşləri ilə bağlı 700 ərizə göndərilib.*
R.Babayev