Latviya prezidenti Raymonds Veyonis martda Azərbaycana gələcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında deyilir.
“Səfərdə məqsəd martın 16-17-dəBakıda keçiriləcək V Qlobal Bakı Forumunda iştirak etməkdir.
“Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr edilən forumda transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu, Avropanın gələcəyi, populizm və ekstremizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri kimi məsələlər müzakirə ediləcək.
Forumda bir sıra ölkələrin prezidentləri, sabiq dövlət və hökumət başçıları,tanınmış siyasətçilər və ictimai xadimlərin iştirakı gözlənilir.
Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi vəNizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.*
F.İsazadə