Bloger Aleksandr Lapşinin ekstradisiyası Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edənlər və ya səfər etməyə hazırlaşanlar üçün ciddi xəbərdarlıqdır. Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
"Lapşinin Azərbaycana ekstradisiyası bu cür hərəkətlərə yol verənlər üçün mesaj olacaq", - deyə B.Muradova bildirib.
Onun sözlərinə görə, bu, həm də Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfərlərin edilməsinə yol verməmək üçün Azərbaycanın yürütdüyü siyasətin nəticəsidir.
"Bu hadisə (Lapşinlə bağlı - İF) eyni addımı atan şəxsləri hərəkətlərinin yanlış olması barədə düşünməyə vadar edəcək. Hesab edirəm ki, bu, hamıya dərs olmalıdır", - deyə vitse-spiker vurğulayıb.*
R.Babayev