SOCAR-ın Kompleks Qazma İşləri Tresti “Neft Daşları” yatağındakı quyuda qazma işlərinə başlayıb. Bu barədə şirkətin məlumatında deyilir.
2650 nömrəli quyu 1637A nömrəli meydançadan qazılır. Quyunun layihə dərinliyi 1300 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.*
N.Abbasova