2016-cı ildə Azərbaycanda banklar xarici valyuta ilə mübadilə əməliyyatlarını azaldıblar. Bu barədə Azərbaycan Mərkəzi Bankdan məlumat verilib.
Məlumata görə, ötən il kredit təşkilatları $3 mlrd. 4 mln. 956,7 (2015-ci illə müqayisədə azalma 4,1 dəfə) və 559 mln. 28,6 min avro (azalma 1,9 dəfə) həcmində valyuta satıblar.
Valyuta satışının azalması 2016-cı i9ldə valyuta bazarında müəyyən məhdudiyyətlərin tətbqii ilə əlaqədardır. Bundan başqa, ötən il müəyyən dövrlərdə banklar əhaliyə və hüquqi şəxslərə ümumiyyətlə valyuta satmayıb.
Məlumatda qeyd olunur ki, 2016-cı ildə banklar əhalidən dollar alışının həcmini azaldıb. Xüsusilə, hesabat ilində banklar $2 mlrd. 559 mln. 517 min həcmində valyuta alıb (azalma 26,4%).
Bununla yanaşı, ötən il banklar avro alışını 19,2% - 292,381 mln. avroyadək artırıb.
2016-cı ildə dolların orta mübadilə məzənnəsi 2015-ci ildə 1,0048 AZN/$1-ə qarşı 1,6026 AZN/$1, avronun - 2015-ci ildə 1,1132 AZN/1EUR-ya qarşı 1,7775 AZN/1EUR təşkil edir. **
A.Əzizov