Bu gün Bakıda Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Mixeil Canelidzenin görüşü keçirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir.
Tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığa dair məsələləri müzakirə etməyi planlaşdırır.
Təkbətək görüş başa çatdıqdan sonra nazirlər danışıqları geniş tərkibdə davam etdirəcəklər.*
F.İsazadə