İstirahət günlərində Azərbaycan ərazisində baş vermiş 4 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həlak olub, 9 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şənbə və bazar günlərində 183 cinayət faktı qeydə alınıb, onların 57-si “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 111 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.*
R.Babayev