Xarici işlər naziri Elmar Məmmədyarov hesab edir ki, Azərbaycan-Gürcüstan münasibətləri tərəfdaşlıq və strateji xarakter daşıyır.
"Azərbaycan və Gürcüstan arasında münasibətlər strateji və tərəfdaşlıq xarakterinə malikdir", - deyə o, bu gün gürcü həmkarı Mixeil Canelidze ilə birgə brifinqdə bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan ilə Gürcüstan arasında iqtisadi münasibətlər, xüsusilə nəqliyyat və energetika sahəsində əlaqələr dinamik şəkildə inkişaf edir. "Əminəm ki, tezliklə Bakı-Tbilisi-Qars" dəmir yolu işə salınacaq”, - deyə E.Məmmədyarov qeyd edib.*
F.İsazadə