Azərbaycan-Qırğızıstan biznes-forumunun keçirilməsi planlaşdırılır. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
İqtisadiyyat naziri Şahin Mustafayevin Qırğızıstanın Bakıdakı səfiri Aycigit Buranov ilə görüşü zamanı Azərbaycan ilə Qırğızıstan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasına və biznes-forumuna dair fikir mübadiləsi aparılıb.
“Tərəflər həmçinin Azərbaycan və Qırğızıstan arasındakı iqtisadi əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər”, - deyə məlumatda deyilir.
Azərbaycan-Qırğızıstan Hökumətlərarası Komissiyanın son iclası 10 sentyabr 2014-cü ildə Bakıda keçirilib. **
A.Axundov