Azərbaycan və Gürcüstan bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Bu sözləri Gürcüstanın xarici işlər naziri Mixail Canelidze Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirilən birgə brifinqdə deyib.
“Biz ölkələrimizin ərazisindəki mövcud münaqişələri müzakirə etdik və bir-birimizin ərazi bütövlüyünü tam şəkildə dəstəkləyirik», - deyə o vurğulayb.
E.Məmmədyarov isə qeyd edib ki, Azərbaycan və Gürcüstan Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində də sözügedən məsələdə bir-birini dəstəkləyir.*
F.İsazadə